Miri Yusif - Adınla Bağlı

Adınla Bağlı

Исполнитель: Miri Yusif


Alnımın qırışları
Həsrətin naxışları
Kölgədən baxışlarım adınla bağlı
Ömrümün maraqları, çiynimin günahları
Bu romanın vərəqləri
Adınla bağlı
 
(Nəqərat)
Səmada günəş
Deyir biraz da fikirləş
Səmada bulud, deyirsən tez unut unut
Səmada yağış ağlayır narın-narın
Səmada uçur aşiq quşların qatarı
 
Açılmaz qaranlığın,
Tikilməz viranlığın,
Qeyb olan cavanlığım
Adınla bağlı
Ən ağır ümidlərin
Var belə söyüdləri
Oğluma öyüdlərim
Adınla bağlı
 
(Nəqərat)
Səmada günəş
Deyir biraz da fikirləş
Səmada bulud, deyirsən tez unut unut
Səmada yağış ağlayır narın-narın
Səmada uçur aşiq quşların qatarı
 

Дополнительно: