Orxan Zeynallı (AiD) - İlk Bahar

İlk Bahar

Исполнитель: Orxan Zeynallı (AiD)

Soyuq əlimi ocağa tutub isitmək
Bir adama bir ömürlük bəs etmək
Şəhər işıqlarında itən o baxışları
Doğmaların kədərləri kimi hiss etmək
 
Bağlı pəncərələr
Əlimdə incə qələm
Həyatda yoxdu heçnə
Ailədən öncə gələn
 
Mən hərdən incidərəm
Hərdən sevincə tənəm
Sən oldun ilk baharda gülləri birinci dərən
Sən oldun ən dərin sularda yoluma dalğalar sərən
Sən ən soyuq sabahlarıma günəş olub işıq saçan
Sən xoş arzularda deyilən sözlər kimi doğma
Payız küləklərimi duyan quru gözlər kimi dolmaq
 
Gün gələr biz oyanmarıq eyni şəhərdə
Bizə aid dörd divarda görüşək hərdən
İstərəm ən çətin sətirlər bitsin
Mənim tək bacımın sevdiyimi bilsin

Həyat açır bizə yeni-yeni səhifələr
Dünənləri çevirərək xoş günlərə
Günəş tək işıq saçanda sev deyə
Sevən qəlblərdə yer yox dərdlərə
Quru sözlər bəsmi gülən üzlərə?
Səbəb səhv addımlar dolu gözlərə
Məni gözləmə, məni gözləmə
Həyat ən xoş üzünü sənə göstərər
 
Mən bəlkə həyatda gördüyün insaların ən soyuğu
Mən bəlkə mahnı hansı ki, qırıq qəlblərər həsr olunub
Mən bəlkə yaddaş hansı ki, sonralar nəsr olunub
Mən bəlkə bu tamaşalarda oynamışam əbəs rolumu
 
Mən bəlkə böyük zirvə amma sən məndən balaca
Ən şirin uşaqlıq xatirələrim səndən qalacaq
Mən bəlkə, qırıq sökük daxmalarda son divaram
Nə qədər sən varsan bu sütunlar möhkım qalacaq
 
Mən bəlkə payız fəsli səni məndən qış ayırır
Mən bəlkə qəhər məni göz yaşımdan alqış ayırır
Mən bəlkə ayaq basdığım London tək əlçatan arzu
Mən bəlkə həmin uşaq hansı ki, istərdim baxçada qalsın
 
Mən bəlkə unutduğun yuxular kimi səni təqib edəcəm
Mən bəlkə tək qalacam bir gün hərkəs tərk edəcək
Mən bəlkə qar adamı tək əriyib bir gün bahar fəslində
İlk gülü dərib gəlib səni canlı təbrik edəcəm
 
Həyat açır bizə yeni-yeni səhifələr
Dünənləri çevirərək xoş günlərə
Günəş tək işıq saçanda sev deyə
Sevən qəlblərdə yer yox dərdlərə
Quru sözlər bəsmi gülən üzlərə
Səbəb səhv addımlar dolu gözlərə
Məni gözləmə, məni gözləmə
Həyat ən xoş üzünü sənə göstərər

Дополнительно: