Muslim Magomaev - Əziz Ana

Əziz Ana

Исполнитель: Müslüm Maqomayev

 

Əziz ana, şirin sözlü ana,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü ana,
Hara getsəm gözün mənə baxar.
Ana qəlbin laylay olar gəzər,
Doğma səsin ömrü-günü bəzər.
 
Laylay dedin, anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.
Laylan hələ yaşar,
Laylan ellər aşar,
Günəş kimi yana-yana, ana.
 
Ana, səsin aydın səhər olar,
Ana, qəlbin keşik çəkər bizə,
Yolum üstə uzaq səfər olar,
İşıq olar nurdan düşən gözə.
Mənim görən gözümsən sən, ana,
Ömrüm-günüm, özümsən sən, ana.
 
Laylay dedin, anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz anam.
Laylan hələ yaşar,
Laylan ellər aşar,
Günəş kimi yana-yana, anam

Дополнительно: